Rusiyadan Yaponiyaya təhdid: Sülh mümkünsüzdür

GÜNDƏM bölməsi

14:47 - 14 Sentyabr 2023

 Rusiyadan Yaponiyaya təhdid: Sülh mümkünsüzdür

Yaponiya hakimiyyətinin son qərarları yaxın gələcəkdə Moskva ilə Tokio arasında sülh müqaviləsinin imzalanmasının mümkün olmadığını göstərir.

Yenipress.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Tədqiqatları İnstitutunun Yapon Araşdırmaları Mərkəzinin rəhbəri Valeri Kistanov deyib.

“Tokionun Ukrayna ilə bağlı mövqeyi, xüsusilə Kiyevə yardımının həcmini və Yaponiyanın yüksək rütbəli rəsmilərinin son görüşlərini nəzərə alsaq münasibətlər daha da sərtləşəcək. Burada hansı sülh danışıqlarından, xüsusən də Yaponiya şərtlərindən danışmaq olar?” - Kistanov bildirib.

Xəbər xətti