İran hökuməti 17 sentyabr 2022-ci ildən başlayan etiraz aksiyalarından bu günə kimi 697 məhkumu edam edib.
Yenipress.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı son hesabatında bildirib.
Məlumata görə, edam sayı ötən ilin eyni dövrünə nisbətdə 36 faiz artıb.
İnsan haqları təşkilatı bunun həm də narazı vətəndaşları qorxutmaq, onları etiraz aksiyalarına qoşulmaqdan çəkindirmək məqsədi ilə edildiyini qeyd edib.