Yaponiya G7 sədri kimi Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları davam etdirəcək, lakin siyasət qurarkən öz milli maraqlarından çıxış edəcək.
Yenipress.az xəbər verir ki, bu sözləri Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.
Nazir bildirib ki, iqtisadi fəaliyyətlər, o cümlədən balıqçılıq və dəniz təhlükəsizliyi kimi məsələlər var ki, onların üzərində Yaponiya və Rusiya qonşu kimi əlaqə saxlamalıdır:
“Bu məsələlərlə bağlı Yaponiya xarici siyasətdə milli maraqlarına əsaslanaraq müvafiq şəkildə cavab verəcək”.