Putin Şimali Koreya ilə münasibətlərdən ehtiyat edir

DÜNYA bölməsi

10:07 - 14 Sentyabr 2023

 Putin Şimali Koreya ilə münasibətlərdən ehtiyat edir

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya ilə münasibətlərin gücləndirilməsinin ölkənin mövcud sanksiyalardan yayınma sxemlərini təhlükə altına sala biləcəyindən qorxur.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstutu məlumat yayıb.

“Putin Rusiyanın Amur vilayətindəki Vostoçnı kosmodromunda Şimali Koreya lideri Kim Çen İnlə görüşüb. O, görüşü məhsuldar adlandırıb. Putin həmçinin Rusiyanın Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığa qoyulan məhdudiyyətlərə əməl etməyə davam etdiyini, lakin mövcud qaydalar çərçivəsində əlavə imkanların olduğunu qeyd edib. Bu da onu göstərir ki, Putin Şimali Koreya ilə potensial ticarətə görə Rusiyaya qarşı ikinci dərəcəli beynəlxalq sanksiyaların tətbiqi riskindən narahatdır. Amma o, ölkəsinin Şimali Koreyanın artilleriya sursatlarını əldə etmək marağını balanslaşdırmaq üçün Kimlə görüşünü neytral şəkildə göstərməyə çalışdı”, - məlumatda deyilir.

Xəbər xətti