Laçında ekskavator minaya düşdü - Foto

TOPLUM bölməsi

19:01 - 13 Sentyabr 2023

 Laçında ekskavator minaya düşdü - Foto

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Yenipress.az-a bildirilib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskovator tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti