İranda quraqlıq və su qıtlığına görə bölgələrdən məcburi miqrasiyanın sayı sürətlə artır.
Yenipress.az xəbər verir ki, bu barədə İran parlamentinin tədqiqatlar mərkəzi məlumat yayıb.
“Enerji Nazirliyinin ötənilki hesabatında ölkədə su böhranı hakim olan şəhərlərin sayı 300 göstərilib. Ancaq son dəqiqləşdirmələrə görə, hazırda 476 şəhər su böhranı ilə üz-üzədir”, - mərkəzin hesabatında bildirilib.