Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər etməyə hazırlaşır.
Yenipress.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şirzad Əsədov məlumat verib.
“Mirziyayev səfər çərçivəsində yüksək səviyyəli ümumi siyasi müzakirələrdə iştirak və çıxış edəcək. O, həmçinin, ABŞ Prezidentinin dəvəti ilə keçiriləcək ABŞ və Mərkəzi Asiya ölkələri liderlərinin C5+1 formatındakı görüşünə də qatılacaq”, - Əsədov əlavə edib.