İranın regionun geosiyasəti ilə bağlı mövqeyi dəyişilməzdir.
Yenipress.az xəbər verir ki, bunu İranın müdafiə naziri Məhəmmədrza Aştiani hökumətin iclasından sonra Azərbaycan Respublikası ilə Ermənistan arasında yaranmış gərginliklə bağlı mediaya açıqlamasında deyib.
O, Qafqaz regionunda baş verən hadisələrin monitorini apararaq, bölgədə xüsusi bir hadisənin baş verməyəcəyi qənaətinə gəldiklərini söyləyib:
“Bununla bağlı Silahlı Qüvvələrin Baş Qərargahında müşavirə keçirilib. Mövqelərimiz kifayət qədər aydındır. Regionun geosiyasətində heç bir dəyişikliyi qəbul etmirik və bu, hamıya aydındır”.