Rusiya problemli məsələlərlə bağlı narahatlığını birbaşa Türkiyəyə çatdırır.
Yenipress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Bakı ilə Ankara arasında fəal hərbi və hərbi-texniki əməkdaşlığı şərh edərkən deyib.
“Problemli məsələlərlə bağlı bütün narahatlığımızı suallar olan tərəfə çatdırırıq. Xüsusilə, siz indi Türkiyə haqqında danışdınız, biz bu məsələləri birbaşa onlarla müzakirə edirik. Bu, Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də aiddir”, - Zaxarova bildirib.