Avstraliya qadınlara qarşı repressiyalara görə İranın yeddi şəxs və qurumuna sanksiya tətbiq edib.
Yenipress.az xəbər verir ki, sanksiyaya məruz qalanlar arasında radio və televiziya jurnalistləri olan Əli Rizvani və Aməni Sadat Zəbihpurun adları da var.
Bununla yanaşı, İranın kiberpolis qüvvələrinin rəisi Vahid Məcidi, polis qüvvələrinin, kiberpolis bölməsinin sözçüsü Səid Müntəzir əl-Mehdinin adları da sanksiyalar siyahısına salınıb.