Bu razılaşmada ən böyük qalib Kim Çen olacaq

DÜNYA bölməsi

11:49 - 13 Sentyabr 2023

 Bu razılaşmada ən böyük qalib Kim Çen olacaq

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İnin görüşü yüksək əhəmiyyətə malikdir və potensial silah sazişindən çox kənara çıxır.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton deyib.

Boltonun fikrincə, Kim və Putin arasında görüş və potensial silah müqaviləsi Şimali Koreyaya gələcəkdə Rusiyadan birbaşa neft və qaz almaq, həmçinin, bu silahlar müqabilində yüksək texnologiya əldə etmək imkanı verir:

“Düşünürəm ki, burada ən böyük qalib Kim Çen İn olacaq”.

Qeyd edək ki, Kim Çen İn Rusiyada səfərdədir və Prezident Putinlə görüşüb.

Xəbər xətti