Moskvada beynəlxalq robot döyüşü keçiriləcək

İDMAN bölməsi

11:47 - 13 Sentyabr 2023

 Moskvada beynəlxalq robot döyüşü keçiriləcək

Sentyabrın 16-da Moskvanın “Crocus Expo” beynəlxalq sərgi mərkəzində “Robotların döyüşü” beynəlxalq çempionatının birinci mərhələsi keçiriləcək.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Çempionatda iştirak üçün ilkin olaraq Rusiyanın 19 regionundan, Qazaxıstan, Çin , Hindistan və Türkiyə kimi bir sıra digər ölkələrdən 58 komanda müraciət edib. 2023-cü ildən başlayaraq hər il “Robot Döyüşü”nün keçiriləcəyi gözlənilir.

Xəbər xətti