Ermənistanın dövlət borcu 11 milyard dolları ötdü

İQTİSADİYYAT bölməsi

11:18 - 13 Sentyabr 2023

 Ermənistanın dövlət borcu 11 milyard dolları ötdü

2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ilin əvvəli ilə müqayisədə borcun məbləği 714 milyon dollar və ya 6,7% artıb.

Qeyd olunur ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır:

“Ermənistanın xarici dövlət borcu iyulun sonunda 6 milyard 663 milyon dollar təşkil edib. Bu o deməkdir ki, yeddi ayda bu rəqəm 218 milyon dollar və ya 3,4% artıb. Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən verilən kreditlər təşkil edir. Sosial-iqtisadi proqramları həyata keçirmək üçün Ermənistan yeni kreditlər götürməkdə davam edir. Bu dövrdə daxili borc daha da sürətlə artıb. Bu ilin yeddi ayı ərzində 496 milyon dollar və ya 11,8% artaraq 4 milyard 688 milyon dollar təşkil edib. May ayından ölkənin ümumi borcu 11 milyard dolları ötüb”.

Xəbər xətti