Dünya buna görə İranı mühakimə etməlidir - Beynəlxalq təşkilat

GÜNDƏM bölməsi

11:15 - 13 Sentyabr 2023

 Dünya buna görə İranı mühakimə etməlidir - Beynəlxalq təşkilat

Beynəlxalq Əfv Təşkilatı Məhsa Əmininin hökumət tərəfindən qətlinin ildönümü ilə bağlı bəyanat yayıb.

Yenipress.az xəbər verir ki, bəyanat beynəlxalq təşkilatın saytında dərc olunub.

Bəyanatda İranda yüzlərlə etirazçının öldürülməsinə, son bir ildə on minlərlə insanın işgəncə edilməsi, zorlanması və həbsinə toxunulub, beynəlxalq təşkilatlara çağırış edilib.

Çağırışda İran rəhbərlərinin toxunulmazlığının aradan qaldırılması, onların cəzasız qalmalarına göz yumulmaması və ədalətin bərpası naminə mühakimə olunmaları üçün səy göstərilməsi istənilib.

Qadın, Həyat, Azadlıq” qiyamının ildönümü İran hakimiyyətinin dəhşətli cinayətlərinin araşdırılmasına başlamaq üçün dünya ölkələrinə vacib bir xatırlatmadır”, - bəyanatda qeyd edilib.

Bəyanatın davamında son bir ildə baş verənlərə rəğmən Tehran hökumətinin "əxlaq polisi" patrullarını artırdığı, narazı müəllim, tələbə və işçilərin işdən qovulması və həbsini daha çox həyata keçirdiyi vurğulanıb.

Xəbər xətti