Bu danışıqlara Çin də daxil edilməlidir - Şolts

DÜNYA bölməsi

10:29 - 13 Sentyabr 2023

 Bu danışıqlara Çin də daxil edilməlidir - Şolts

Nüvə tərksilahına dair yeni danışıqlarda təkcə ABŞ və Rusiya deyil, Çin də iştirak etməlidir.

Yenipress.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Şolts bildirib ki, nüvə silahı bəşəriyyət üçün ekzistensial təhlükə yaradır: 

“Buna görə də onlardan heç vaxt istifadə edilməməsinə dair mümkün olan hər şeyi etmək, təcili öhdəlikləri götürmək lazımdır. Bundan əlavə, bu sektorda mühüm məqsədlərdən biri İranın nüvə silahı istehsalına töhfə verə biləcək uran istehsalının qarşısını almaqdır”.

Xəbər xətti