Messi 11 milyona villa aldı

MAQAZİN bölməsi

20:26 - 12 Sentyabr 2023

 Messi 11 milyona villa aldı

“İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi Florida ştatının Fort-Loderdeyl şəhərində özünə 10.75 milyon dollara villa alıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, ümumi sahəsi 975 kv.m malikanədə 9 vanna, 8 yataq otağı, 3 avtomobillik qaraj və hovuz var.

Dənizə çıxışı olan villanın ərazisində spa salonu və fitnes mərkəzi də var.

Xəbər xətti