Ordumuz erməni hərbçiləri daşıyan avtobusu belə “vurur” - Video

GÜNDƏM bölməsi

10:12 - 8 Sentyabr 2023

 Ordumuz erməni hərbçiləri daşıyan avtobusu belə “vurur” - Video

Ermənilər yerli əhalinin hərbi kolonu çəkib sosial şəbəkədə paylaşmaması üçün kampaniyaya başlayıblar.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı hətta animasiya formatında çarx da hazırlanıb.

Sözügedən çarxda erməni vətəndaşların səfərbərliyə çağırılanların görüntüsünü çəkib paylaşması və bu video ilə hədəfin yerinin Azərbaycan kəşfiyyat orqanları tərəfindən müəyyən edilib vurulması təsvir edilib.

Qeyd edək ki, sosial şəbəkənin Azərbaycan seqmenti də bu məsələyə diqqət etməlidir. Hərbi kolonun, təlimlərə çağırılanların görüntülərini çəkib paylaşmaq, kiməsə göndərmək onların həyatına təhlükə yaradır.

Ermənilərin hazırladığı çarxı təqdim edirik:

Xəbər xətti