Türkiyə millisi Avropa çempionu oldu

İDMAN bölməsi

01:34 - 4 Sentyabr 2023

 Türkiyə millisi Avropa çempionu oldu

Türkiyənin qadınlardan ibarət milli komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiya komandasını məğlub edərək ilk dəfə turnirin qalibi olub.

Yenipress.az xəbər verir ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə baş tutub.

Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Bürünc medalları üçüncü yer uğrunda görüşdə italyanları məğlub edən Niderland yığması qazanıb - 3:0 (25:23, 28:26, 25:20).

Serbiya və Türkiyə yığmaları Avropa çempionatının finalında ikinci dəfə üz-üzə gəlib. 2019-cu ildə serbiyalılar üstün olublar. Serbiya millisi üç dəfə Avropa çempionu olub.

Avropa çempionatı Belçika, Almaniya, İtaliya və Estoniyada keçirilib. Turnirdə 24 komanda iştirak edib.

Xəbər xətti