Tanınmış futbolçumuz Türkiyədə dünyasını dəyişdi

İDMAN bölməsi

15:22 - 25 Avqust 2023

 Tanınmış futbolçumuz Türkiyədə dünyasını dəyişdi

Azərbaycan futboluna ağır itki üz verib.

Yenipress.az Fanat.az-a istinadən xəbər verir ki, Şəhriyar Rəhimov dünyasını dəyişib.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi.

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu.

Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.

Xəbər xətti