"Barbi" filmi bu ölkədə qadağan olundu

MAQAZİN bölməsi

15:31 - 16 Avqust 2023

"Barbi" filmi nümayiş olunduqdan üç həftə sonra Əlcəzairdə  yayımına qadağa qoyulub.

Yenipress.az xəbər verir ki, bu barədə yerli media məlumat verib.

Məlumata görə, Əlcəzair hökuməti filmdə yer alan bəzi səhnələrin mənəvi dəyərlərlə uzlaşmadığını açıqlayıb. Bu baxımdan "Barbie" filminin homoseksuallığı təbliğ etməsi, dini və mədəni inanclara uyğun gəlməməsi səbəbiylə yayımına məhdudiyyət qoyulub.

Qeyd edək ki, "Barbie"  filmi iyulun 21-də nümayiş olunduqdan sonra 1 milyard dollardan çox gəlir əldə edib.

Xəbər xətti