Daşkəsəndə nişanlı oğlan özünü öldürdü - Yaxın günlərdə toyu olacaqmış

KRİMİNAL bölməsi

15:10 - 12 Avqust 2023

 Daşkəsəndə nişanlı oğlan özünü öldürdü - Yaxın günlərdə toyu olacaqmış

Daşkəsən rayonunda intihar hadisəsi baş verib.

Yenipress.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Çovdar kəndində qeydə alınıb.

Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Səbuhi Süleymanov idarə etdiyi ekskavatordan özünü asıb.

Onun meyiti iş yoldaşları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, S.Süleymanov nişanlı olub, onun yaxın günlərdə toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti