Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdirdi

KRİMİNAL bölməsi

09:11 - 11 Avqust 2023

 Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdirdi

Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.

Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə bıçaqla xəsarət yetirib və daha sonra polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti