Yasamalda kriminal avtoritetlər arasında dava olub? - Rəsmi

KRİMİNAL bölməsi

09:49 - 10 Avqust 2023

 Yasamalda kriminal avtoritetlər arasında dava olub? - Rəsmi

Paytaxtın Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında münaqişə olması ilə bağlı əsassız iddialar yayılıb.

DİN-in Mətbuat Xidmətindən Yenipress.az-a bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Mirəli Mirəlövsət oğlu Bəhmənov orada yaşayan 1971-ci il təvəllüdlü Ədalət Mirzətulla oğlu Həmidova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi araşdırma aparılır.

Xəbər xətti