Azərbaycanda dəhşət: 3 ay öncə ailə qurduğu ərini öldürdü

KRİMİNAL bölməsi

17:34 - 9 Avqust 2023

 Azərbaycanda dəhşət: 3 ay öncə ailə qurduğu ərini öldürdü

10:55

Avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Yenipress.az xəbər verir ki, aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. İbtidai istintaq davam etdirilir.

Report-un məlumatına görə, qətlə yetirilən Ağahüseyn İmanov həyat yoldaşı Əfsanə Məmmədova ilə 3 ay əvvəl ailə həyatı qurubmuş.

Mərhumun qonşularının sözlərinə görə, A.İmanov əvvəllər məhkumluq həyatı yaşayıb.

Onlar bildirib ki, cütlük ailə həyatı qurandan bu günə qədər aralarında hər hansı söz-söhbət mövcud olmayıb:

“O, evin tək uşağı olub. Valideynlərini erkən yaşda itirib. Ailə qurduqdan sonra Sumqayıtda restoranların birində kababçı kimi işləyirdi”.

Xəbər xətti