Bu görüntülər erməniləri qorxuya saldı: Ermənistan xəritədən silinir - Video

GÜNDƏM bölməsi

17:13 - 7 Avqust 2023

 Bu görüntülər erməniləri qorxuya saldı: Ermənistan xəritədən silinir - Video

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin hazırladığı “Göyçə gülü” sənədli filmi Ermənistanda böyük rezonans doğurub.

Yenipress.az xəbər verir ki, AzTV-də yayımlanan və Qərbi Azərbaycandan (Hazırkı Ermənistan ərazisi red.) bəhs edən film rəsmi İrəvanda müəyyən dairələrdə çaxnaşma yaradıb.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan özünün “Twitter” mikrobloqunda "Azərbaycan dövlət televiziyası indicə 35 dəqiqəlik film nümayiş etdirib. Bir sözlə, Ermənistan Respublikasının bütün suveren ərazisini Azərbaycanın ərazisi kimi təqdim edir. Gördüyünüz kimi, Ermənistan xəritədən yoxa çıxır", - deyə o, qeyd edib.

Qeyd edək ki, söhbət AzTV-nin hazırladığı "Göyçə gülü" adlı filmdən gedir. Bu, bir daha göstərir ki, Ermənistan Azərbaycanın hazırladığı bir filmdən belə çəkinir və vahiməyə düşür. Onlar 44 günlük müharibədəki "dəmir yumruq"dan sonra hələ də sayıqlamağa davam edirlər.

Xəbər xətti