Gənclər arasında boks üzrə dünya çempionatı İrəvanda keçiriləcək

İDMAN bölməsi

17:24 - 2 Avqust 2023

 Gənclər arasında boks üzrə dünya çempionatı İrəvanda keçiriləcək

Gənclər arasında boks üzrə dünya çempionatı 2023-cü ildə İrəvanda keçiriləcək.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan deyib.

“Noyabr-dekabr aylarında İrəvan gənclər arasında dünya çempionatına ev sahibliyi edəcək. 80-100 ölkə öz komandalarını İrəvana göndərəcək”, – Arutyunyan bildirib.

Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə dünya çempionatı zamanı Azərbaycan bayrağı yandırılmışdı.

Yenipress.az

Xəbər xətti