Şvartsenegger də Ukraynaya dəstək oldu

MAQAZİN bölməsi

14:46 - 25 Fevral 2022

 Şvartsenegger də Ukraynaya dəstək oldu

Fikrim Ukrayna xalqının yanındadır.

Yenipress.az xəbər verir ki, bu sözləri dünyaca məşhur aktyor Arnold Şvartsenegger Feysbuk səhifəsində yazıb.

“Müharibədən sonra işğal olunmuş ölkədə böyüməyin necə bir şey olduğunu bilirəm. Bilirəm ki, müharibədə və ondan sonrakı dövrdə heç kim qalib gəlmir. Hamı əziyyət çəkir.

Müharibədə yalnız məğlublar yox, qaliblər də əziyyət çəkir.

Mənim həm ukraynalı, həm də rus dost və azarkeşlərim var. Anladığım qədərilə, heç biri bunu istəmir. Ümid edirəm ki, ağıllı qərar nəhayət qalib gələcək və çox həyat məhv olmamış bu lazımsız müharibəyə son qoyulacaq.

Bu müddətdə Ukrayna xalqının yanındayam. Dərdinizi və sülhlə bağlı ümidinizi bölüşürəm. Bu kabusun qarşısında mərdliyinizlə, insanlığınızla məni ruhlandırırsınız. Allah sizi qorusun”, - deyə o qeyd edib.

Xəbər xətti