Qaxda toyda bıçaqlanma: bəy tutuldu

KRİMİNAL bölməsi

11:39 - 26 İyul 2023

 Qaxda toyda bıçaqlanma: bəy tutuldu

Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş - deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenipress.az-averilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində keçirilən toyda qeydə alınıb.

Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Yamən Şıxəmirli bıçaqlanıb.

Hadisənin bəy - Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov tərəfindən törədildiyi məlum olub. Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti