Azərbaycanda sığorta bazarı böyüdü

İQTİSADİYYAT bölməsi

23:13 - 24 İyul 2023

 Azərbaycanda sığorta bazarı böyüdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 32% çoxdur.

Yenipress.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 225,032 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6% çoxdur.

Bildirilir ki, 6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.

Əminə Abbasova

Xəbər xətti