Tvitter tətbiqinin rəsmi adı dəyişdirildi

İKT bölməsi

13:32 - 24 İyul 2023

 Tvitter tətbiqinin rəsmi adı dəyişdirildi

Tvitter şirkətinin eyniadlı sosial şəbəkədəki rəsmi hesabının adı “X” olaraq dəyişdirilib. Hesabın avatarı da mavi quş yox, qara fonda ağ “X”dir.

Yenipress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Tvitterin sahibi İlon Mask öz səhifəsində yeni loqonun şirkətin baş ofisinin fasadına proyeksiyasının fotosunu yerləşdirib.

Qeyd edək ki, Mask daha əvvəl x.com domeninin istifadəçilərini avtomatik olaraq Tvitterə yönləndirəcəyini bildirmişdi. İyunun 1-də sahibkar Tvitterin adını dəyişib “X” qoymaq planlarından danışmış, 22-də isə şirkətin loqosunda quş əvəzinə “x” hərfinin olacağını bəyan etmişdi.

Əminə Abbasova

Xəbər xətti