Bakıda mənzildən iki qardaşın meyiti tapıldı

KRİMİNAL bölməsi

12:59 - 22 İyul 2023

 Bakıda mənzildən iki qardaşın meyiti tapıldı

Bakıda evdən iki qardaşın meyiti tapılıb.

Hadisə dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

52 yaşlı Həsənov Əli Xaliq oğlu və qardaşı, 55 yaşlı Rəhmanın meyiti evdə aşkar edilib.

İlkin müayin zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti