Nazirlər Kabinetinin İdarə müdirindən hədə-qorxu ilə 1 milyon tələb olundu

KRİMİNAL bölməsi

11:25 - 22 İyul 2023

 Nazirlər Kabinetinin İdarə müdirindən hədə-qorxu ilə 1 milyon tələb olundu

Nazirlər Kabinetinin işçisi Hikmət Xəlilovdan külli miqdarda pul tələb olunub.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, Vahid Əlisəfa oğlu Xələfov Hikmət Xəlilovdan xüsusi külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb.

Vahid Xələfov barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində tanınan Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiridir. Cinayət işi üzrə tələb olunan pulun bir milyon manatdan çox olduğu bildirilir.

Xəbər xətti