Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenə qaldırdı

İQTİSADİYYAT bölməsi

15:30 - 20 İyul 2023

 Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenə qaldırdı

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Yenipress.az xəbər verir ki, bu barədə TRT məlumat verib.

Məlumata görə, iclasda uçot dərəcəsi 2,5 faiz bəndi artırılaraq 15%-dən 17,5%-ə qaldırılıb.

Qeyd edək ki, uçot dərəcəsi TMB-nin bu il iyunun 22-də keçirilmiş iclasında 8,5%-dən 15%-ə çatdırılmışdı.

Xəbər xətti