Masazırda diş həkimi intihar etdi

KRİMİNAL bölməsi

16:30 - 17 İyul 2023

 Masazırda diş həkimi intihar etdi

1986-cı il təvəllüdlü Sarvan İbrahimov yaşadığı Masazır qəsəbəsi Abşeron Gənclər şəhərciyindəki mənzildə çoxsaylı dərman həbləri qəbul edib.

Yenipress.az xəbər verir ki, o, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

S.İbrahimovun stomatoloq kimi fəaliyyət göstərdiyi bildirilir.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti