Erməni qanuni oğru həbs edildi

KRİMİNAL bölməsi

23:51 - 13 İyul 2023

 Erməni qanuni oğru həbs edildi

Qanuni oğru Jorik Tbilisiski Monteneqroda həbs edilib.

Yenipress.az xəbər verir ki, o, Rusiya Federasiyası tərəfindən axtarılırdı.

Qanuni oğru Tivat hava limanında saxlanılıb, o, İnterpolun axtarış bazasında olub.

Jorikin əsl adı Georgi Manukyandır. 2023-cü ilin yanvarında 59 yaşlı Manukyan cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham olunub. Manukyana qiyabi ittiham irəli sürülüb və iki ay həbs edilib.

İstintaqın məlumatına görə, Ded Xasan özü ona 1993-cü ildə Krasnodarda “tac qoyub”. Həmin vaxtdan o, Krasnodar diyarında cinayət əməlləri həyata keçirib.

Xəbər xətti