Ukraynaya verilən vədlər hanı? - Hərbi ekspert

SİYASƏT bölməsi

21:52 - 24 Fevral 2022

 Ukraynaya verilən vədlər hanı? - Hərbi ekspert

İstənilən halda ABŞ, NATO və Aİ, 2014-cü ildə olduğu kimi, yenə də Ukraynaya söz verdilər, amma Kiyevin ehtiyac duyduğu qədər hərbi dəstək vermədilər. Onların hamısı bir yerdə Türkiyənin etdiyi yardımın yarısını etmədi. Halbuki NATO-nu demirəm, ABŞ hərbi potensialı Rusiyanı 8-10 dəfə üstələyir.

Yenipress.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev qeyd edib.

“Nəticədə Ukrayna ərazi, Rusiya isə maliyyə itkisinə məruz qaldı. Sanki Ukraynanı NATO-ya çəkməkdə məqsəd Rusiyanı Ukrayna ərazisinə müdaxiəyə itələməkdən və buna görə də Moskvaya qarşı sanksiyalar tətbiq etməkdən ibarət idi. 

İndi sual olunur: Bu sanksiyalar Ukraynanın ərazi bütövlüyünü və ya məruz qaldığı itkilərə görə kompensasiyanı təmin edəcəkmi? 

Təbii ki, xeyr. Amma qlobal güclər Ukraynaya nüvə silahından imtinaya görə təhlükəsilik zəmanəti vermişdilər. Cənnət kimi Ukraynanı hardan hara sürüklədiniz. Bu gün artıq Kiyev, Odessa, Nikolayev, Xarkov, Kramatorskda silsilə partlayışlar baş verirsə, Xarkovda böyük yanğın olursa, mülki əhali ölkənin ən böyük şəhərlərindən köçürsə, o zaman tətbiq etdiyiniz sanksiya da, verdiyiniz zəmanət və sözlər də başınıza dəysin! Əgər Ukraynanı qorumayacaqdınızsa, onu bu atəşə atmalı deyildiniz. Kimsə düşünməsin ki, Ukraynanı işğal edilməsi ilə Rusiya dayanacaq. Yazda rus əsgəri Polşa sərhəddində görünsə, təəccüblənməyin”, - ekspert bildirib.

Xəbər xətti