Türkiyə buna razılıq üçün 11 milyard dollar alıb – Şok iddia

DÜNYA bölməsi

23:13 - 13 İyul 2023

 Türkiyə buna razılıq üçün 11 milyard dollar alıb – Şok iddia

Ərdoğan İsveçin NATO-ya qəbulu üçün 11-13 milyard dollar pul alıb. Bu pulu Ərdoğana Bayden verib. Bu pul BVF-dən çox kiçik və uzunmüddətli faizlə kredit olaraq Türkiyəyə gedəcək. Bəli, Bayden BVF pullarını idarə edə bilər, bilmirdiniz?

Yenipress.az xəbər verir ki, belə bir iddia ilə tanınmış rusiyalı politoloq Sergey Markov çıxış edib.

“BVF-nin hər şeyi demokratik yolla həll etdiyinə inanırsınızmı? Sadəlövhlər. Bu barədə Qərb mediasında qalan bəlkə də yeganə vicdanlı jurnalist Samuel Herş də məlumat verib. Əminəm ki, 11-13 milyard məbləğin hamısı deyil. Ərdoğan daha çox almış olmalıdır. İnflyasiyanı cilovlamaq və türk lirəsini sabitləşdirmək üçün Ərdoğanın həqiqətən də bu pula ehtiyacı var”, - o bildirib.

Qeyd edək ki, Türkiyə İsveçin NATO yolunu açmaq üçün onun ərizəsini TBMM-də ratifikasiya edəcəyinə vəd verib. Əvəzində isə Türkiyəyə silah embarqosunun aradan qalxması da daxil olmaqla, F-16-ların verilməsi, o cümlədən AB-yə üzvlüyünə dəstəklə bağlı razılaşma əldə edilib.

Xəbər xətti


Digər xəbərlər