Blogerlərə qarşı böyük əməliyyat: Səfər Eyvazov saxlanıldı

MAQAZİN bölməsi

10:40 - 21 İyun 2023

 Blogerlərə qarşı böyük əməliyyat: Səfər Eyvazov saxlanıldı

Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və blogerlərin də olduğu 120 nəfəri saxlayıb.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Məlumata görə, cinayətkar bir dəstə oğurlanmış kredit kartları ilə fırıldaqçılıqla məşğul olub. Bu qrupun Tiktok fenomenləri ilə əməkdaşlıq etdiyi də məlum olub. Dəstə üzvləri oğurlanmış kredit kartları ilə jeton alıb və bunları fenomenlərə göndərib. Bu üsulla blogerlərə yüksək məbləğdə pulun göndərildiyi aydın olub. Daha sonra isə dəstə üzvləri bu məbləğin böyük hissəsini fenomenlərdən geri alaraq onlara komissiya ödəyib.

Ümumilikdə cinayətkar dəstənin sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə göndərdiyi qeyd olunur.

Polis əməliyyat nəticəsində 42 fenomenin əmlakını müsadirə edib.

Qeyd edək ki, saxlanılanlar arasında azərbaycanlı bloger Səfər Eyvazovun da olduğu iddia olunur. Tiktok sosial şəbəkəsində 726 000 izləyicisi olan Eyvazovu instaqramda da 1 milyondan çox adam izləyir. O, mütamadi olaraq müxtəlif məzmunlarda videolar hazırlayıb və daha çox İstanbuldan paylaşımlar edib. Bloger sosial şəbəkədə sonuncu paylaşımı bir gün əvvəl edib. Şərhlərdə izləyiciləri S.Eyvazovun saxlanılması ilə bağlı müxtəlif rəylər yazıblar, onun polis bölməsinə birbaşa qaldığı oteldən aparıldığını iddia ediblər.  

Xəbər xətti


Digər xəbərlər