Əliyevdən Simonyanın təxribatçı sualına möhtəşəm cavab

SİYASƏT bölməsi

12:56 - 24 Fevral 2022

 Əliyevdən Simonyanın təxribatçı sualına möhtəşəm cavab

Moskvada erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan Prezident İlham Əliyevə guya “etnik ermənilərin Azərbaycana girişinə qadağa” ilə bağlı təxribat xarakterli sual verib.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Simonyana cavabında bildirib:

“Əvvəla, bizimlə paylaşdığınız məlumat, yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik əlamətə görə dövlətə giriş qadağası yoxdur. Ermənistandan nümayəndə heyətlərinin çoxsaylı səfərləri də buna sübutdur. Mən gümüş medalı etnik erməni olan Ukrayna idmançısına şəxsən özüm təqdim etmişəm”.

Buna cavab olaraq Simonyan “bu olayı bilirəm” deyib.

Xəbər xətti