Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılıb öldü

KRİMİNAL bölməsi

09:47 - 21 İyun 2023

 Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılıb öldü

Oğuzda sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb.

Yenipress.az xəbər verir ki, Oğuz şəhər sakini, 1956-cı il təvəllüdlü Fazil Vahil oğlu Qafarov Oğuz şəhərində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhəri gün ailə üzvləri tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq o xəstəxanada dünyasını dəyişib.

Araşdırma aparılır.

Xəbər xətti


Digər xəbərlər