Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm - Röya Ayxan

MAQAZİN bölməsi

16:15 - 19 İyun 2023

 Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm - Röya Ayxan

Həyatımda inandığım dostlar var idi. Lazım olmayan şəkillər çəkdirmişdim. Onları silib atardım”.

Yenipress.az Olay.az-a istinadən xəbər verir ki, xalq artisti Röya Ayxan verilişlərin birində deyib. O, “Həyatınızdan hansı ili silərdiniz?” sualına cavabında bu sözləri işlədib.

Bundan əlavə, pop ulduz aparıcının suallarını cavablandırarkən fanatı olduğu sənətçilərdən də danışıb:

"Çoxdurlar. Amma Zülfiyyə Xanbabayevanın adını çəkmək istəyirəm”.

Həmçinin, Röya heç vaxt ailə qurmayacağını bildirib. İfaçı zarafatyana deyib ki, ərəb şeyxi taparsa, səhnədən uzaqlaşacaq.

“Çoxdandır, borcum yoxdur. Ancaq dostlarıma borcluyam. İtirməkdən, tənha qalmaqdan çox qorxuram”, - deyə Xalq artisti sözlərinə davam edib.

R.Ayxan bildirib ki, ən böyük arzusu oğlu Hüseynin ali məktəbə daxil olmasıdır.

Xəbər xətti


Digər xəbərlər