Kredit faizləri aşağı salınacaq? - Sədrdən açıqlama

İQTİSADİYYAT bölməsi

12:16 - 12 İyun 2023

 Kredit faizləri aşağı salınacaq? - Sədrdən açıqlama

Azərbaycanda hüquqi şəxslərə verilən kreditlər 11 %-dən başlayır, bu sahədə 20 % yoxdur.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, istehlak kreditləri üçün isə faiz göstəricisi 16,1 %-dir:

“Biz faizləri aşağı salmaq üçün depozitləri də aşağı salmalıyıq. Amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək”.

Xəbər xətti