Qurbanov Mxitaryanın villasından Xankəndiyə baxdı - Foto

İDMAN bölməsi

10:10 - 12 İyun 2023

 Qurbanov Mxitaryanın villasından Xankəndiyə baxdı - Foto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şuşada səfərdədir.

Yenipress.az xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesablarında paylaşım edib.

Ötən gün Şuşaya yollanan mütəxəssis bir sıra məkanlarda olub. O, Cıdır düzü, İsa bulağı, Gövhərağa Məscidini ziyarət edib.

51 yaşlı çalışdırıcı bu gün də şəhər gəzintisinə davam edib. O, separatçı rejimi dəstəkləyən erməni futbolçu Henrik Mxitaryanın villasında olub. Oradan durbinlə Xankəndini də seyr edib.

Xəbər xətti