Mənə deyirdilər ki, bu serial alınmayacaq, amma ajiotaja səbəb oldu - Azər Aydəmir

MAQAZİN bölməsi

12:33 - 9 İyun 2023

 Mənə deyirdilər ki, bu serial alınmayacaq, amma ajiotaja səbəb oldu - Azər Aydəmir

Çox maraqlıdır ki, ətrafımda inandığım, hörmət etdiyim kino mütəxəssisləri qətiyyətlə bu serialın alınmayacağını deyirdilər. Paxıllıq, həsəd baxımından yox, sırf analitik olaraq. Onlar məni elə əmin etmişdilər və mən də hardasa düşünürdüm ki, bu serial alınmayacaq, sevilməyəcək.

Bu sözləri Yenipress.az-a “Əqrəb mövsümü” serialının ssenaristi, tanınmış aktyor Azər Aydəmir deyib.

O, azərbaycanlı izləyici kütləsinin, əslində, keyfiyyətli ekran əsərinə ehtiyac duyduğunu bildirib:

“Səbəb isə onu gətirirdilər ki, tamaşaçıların qəbullandığı və anladığı dünya artıq dardır. Deyirdilər ki, istintaq, detektiv janrı, bir-birinə bağlanmış zəncirvari hadisələr, orda fikirləşmək, bundan qabaqkı seriyada nə olduğunu yada salmaq, məntiqi ardıcıllığı qurmaq lazımdır - həm sənə, həm tamaşaçıya. İnsanlar isə belə şeyə artıq həvəs etmirlər. Daha tez, bəsid, şablon olan Tiktok kontektinə, əyləncəli nələrəsə baxmaq istəyirlər. Bütün bu deyimlər məni və komandamı bir az soyutmuşdu. “Əqrəb mövsümü” çıxanda, ilin günün bu vaxtı, əyləncə və komediyanın dəbdə olduğu dönəmdə bu nə janrdır sualı ilə qarşılaşacağımızdan qorxurdum. Amma ilk arzuladığım yerinə yetdikdən, "Əqrəb mövsümü" ajiotaja səbəb olduqdan sonra mən həmin o analitik, kino camiyəsinin nümayəndələri - dostlarımın baxış bucaqlarından şübhə etməyə başladım. Tamaşaçımıza inamım daha çox artdı. Aydın oldu ki, TV-lərdə bəzi kontektlər yaradıb, bizi yolumuzdan azdırmaq istəyirlər. Anladım ki, tamaşaçı ağlı başında, şüurlu bir şəkildə yaxşı bir iş gözləyir”.

Asena

Xəbər xətti


Digər xəbərlər