Lənkəranda stomatoloq bıçaqlandı

KRİMİNAL bölməsi

10:55 - 9 İyun 2023

 Lənkəranda stomatoloq bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Lənkəran şəhər sakini Nihad Malızadə aralarında yaranmış şəxsi münasibətlər zəminində Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Azadova bıçaqla çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Yaralı dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb və təcili əməliyyata götürülüb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktı törətməkdə şübhəli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ -də cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan 38 yaşlı Cəlal Azadov Lənkəranın Göyşaban kəndində fəaliyyət göstərən tanınmış diş həkimidir.

Xəbər xətti


Digər xəbərlər