Ərdoğan TBMM-ə gəldi: Kılıçdaroğlu ayağa qalxmadı - Video

DÜNYA bölməsi

16:08 - 2 İyun 2023

 Ərdoğan TBMM-ə gəldi: Kılıçdaroğlu ayağa qalxmadı - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deputatların andiçmə mərasimini izləmək üçün TBMM-ə gəlib.

Yenipress.az xəbər verir ki, Ərdoğan zala daxil olarkən bir çox deputat ayağa duraraq onu alqışlasa da, CHP sədri Kamal Kılıçdaroğlu ayağa qalxmayıb.

Kılıçdaroğlunun bu hərəkəti Türkiyə mediasında ciddi müzakirəyə çevrilib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu prezidentliyə namizədliyini verdiyi üçün millət vəkili də ola bilməyib. O, parlamentin ilk iclasında ana müxalifət partiyasının sədri kimi iştirak edib.

Xəbər xətti