ABŞ SEPAH üzvlərinə yeni sanksiyalar tətbiq etdi

DÜNYA bölməsi

15:13 - 2 İyun 2023

 ABŞ SEPAH üzvlərinə yeni sanksiyalar tətbiq etdi

ABŞ SEPAH və onun xarici əməliyyatlar bölməsi olan Qüds briqadası üzvlərinə, eləcə də ona bağlı qüvvələrə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton onları keçmiş ABŞ hökumət rəsmilərini və İran dissidentlərini, o cümlədən jurnalistləri hədəf alan terror planlarında iştirak etməkdə ittiham edib.

Yenipress.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

Məlumata görə, sanksiya İran və Türkiyədə yerləşən Qüds briqadası ilə əlaqəli şirkəti, üç fiziki şəxsi və SEPAH-ın iki yüksək vəzifəli rəsmisini hədəf alıb:

“Onlar mülki şəxslərə, o cümlədən jurnalistlərə və fəallara qarşı xaricdə sui-qəsdlərin planlaşdırılmasında iştirak ediblər. Bu, ABŞ rəsmilərinə və iranlı müxaliflərə qarşı hücumlarda ittiham olunan iranlı əməliyyatçılara qarşı ABŞ sanksiyalarının son siyahısıdır. Bu yeni sanksiyalar nəticəsində ABŞ-ın yurisdiksiyasına tabe olan beş şəxsin və şirkətin bütün əmlakı bloklanıb”.

Yenipress.az

Xəbər xətti