İranda daha 5 məhkum edam edildi

DÜNYA bölməsi

15:01 - 2 İyun 2023

 İranda daha 5 məhkum edam edildi

İranın Şiraz, İsfahan və Kaşan şəhərlərinin həbsxanalarında daha 5 məhkum edam edilib.

Yenipress.az xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat  yayıb.

Məlumatda məhkumların narkotik maddələrin alverində günahlandırıldığı bildirilir.

İranda son bir ay ərzində 142 nəfərdən çox məhkum edam edilib.

Məlumata görə, cari ilin ilk 5 ayında icra edilən edam cəzaları ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.

Yenipress.az

Xəbər xətti