Kişinyov görüşü dövlətləri öz qanadı altına almağa xidmət edir

SİYASƏT bölməsi

14:55 - 2 İyun 2023

 Kişinyov görüşü dövlətləri öz qanadı altına almağa xidmət edir

Kişinyov görüşü Avropa platforması üçün çox da ənənəvi olmayan bir siyasi təşəbbüs kimi dövlətləri öz qanadı altına almağa xidmət edən yeni görüşlərdir. Belə görüş bundan öncə də Praqada baş tutmuşdu.

Yenipress.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Globalinfo.az-a müsahibəsində deyib.

“Onlar gördülər ki, yaxın qonşuluq siyasəti, Avropa İttifaqı (Aİ) üçün aralıq və assosiativ üzvlük və s. işləmir. Hər halda Rusiya buna çox kəskin reaksiya verir, Ukraynanın taleyi ortadadır və yenilənmə baş verib. Gördüyünüz kimi, bu görüşün üzərindən əsas Avropa dövlətləri, yəni Fransa və Almaniya Kişinyova gəlir, lakin bizim nəzərimizdə istər Brüssel üzərindən aparılan danışıqlar olsun, istərsə də ABŞ-da əsas təlimat, şərtlər və strateji planlar olsun. Mən onların ayrı-ayrı olduğuna inanmıram. Prosesi vahid düşünürəm və hesab edirəm ki, onların hamısı bilavasitə ABŞ tərəfindən diqtə olunur”, - Z.Oruc qeyd edib.

Millət vəkili Fransanın Ermənistana qüvvə göndərmə ehtimalına da münasibət bildirib:

”Nə qədər jandarma göndərsələr də, gəlib özləri vuruşmayacaqlar. Belə şəraitdə isə biz də Rusiya-Qərb savaşından faydalanacağıq. “Konflikt”lər var, bu gün Aİ-nın mövqeləri bölgədə sülhün təmin olunmasını istəyir və 2.6 milyard avro vəsait verməyə hazırdırlar. Bundan faydalanaraq, biz Rusiyaya qarşı protest edib hər 2-3 paytaxtdan nələrsə bəhrələnə bilərik. Yüz il əvvəl belə bir siyasət olub. Amma hələ də onun ağrısını yaşayırlar. Sonda gedib Atatürkün qarşısında diz çöküblər, ultimatumlardan sonra özlərinin təhlükəsizliyinə müəyyən zəmanət qazanıblar. Əgər tarixi təkrarlamaq istəmirlərsə, o zaman Atatürkün zamanında irəli sürdüyü bəlli şərtləri İlham Əliyev bu gün verməyə hazırdır, qəbul etsinlər”.

Z.Oruc həmçinin vurğulayıb ki, İsrail prezidentinin Azərbaycana səfəri Tehranda diqqətlə izlənilib:

“Hətta İshaq Hersoqun “bölgədə qeyri-müəyyənliyi, təhdidləri yaradan tərəf İrandır” sözlərinə onların politoloji-siyasi arsenalı məsələ əleyhinə xeyli əsəbi, qəzəbli bəyanatlar səsləndiriblər. Digər tərəfdən Məhsa Əmininin qətlindən bu yana ayağa qalxan İran xalqının hakimiyyətə olan qəzəbini boğmaq üçün xarici düşmən amilindən maksimum bəhrələnirlər və deyirlər ki, “baxın, indi İran, Rusiya və digər dairələr bölgədə sabitlik istəyir, amma İsrailin strateji planları regionu dağıtmaq və ya təhlüksizliyinə zərbə vurmaqdır”. Əgər İsrail-Azərbaycan münasibətləri İranı narahat edəcəksə, inanın ki, bunların az qala Ermənistanla birləşməsindən irəli gedən deyillər”.

Xəbər xətti