Əliyevlə Paşinyanın Kişinyov görüşünün detalları...

SİYASƏT bölməsi

12:55 - 2 İyun 2023

 Əliyevlə Paşinyanın Kişinyov görüşünün detalları...

Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən beştərəfli qeyri-rəsmi görüş müsbət keçib.

Yenipress.az xəbər verir ki, bu barədə “Kalibr.az” diplomatik mənbələrinə istinadən məlumat yayıb.

“İyulun 21-də Brüsseldə üçtərəfli görüşün (Əliyev-Mişel-Paşinyan) keçirilməsi və xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşünün də eyni vaxtda baş tutması qərara alınıb. Vaşinqtonda keçiriləcək danışıqların əsasını sülh müqaviləsi təşkil edəcək”, - mənbə bildirib.

Mişelin vasitəçiliyi ilə aparılan danışıqların daha koordinasiya xarakteri daşıdığı da qeyd olunub:

“Bugünkü görüşdə bütövlükdə Fransa və Almaniya başçılarının iştirakı qeyri-rəsmi idi. Əsas müzakirələr Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır. Görüşdə sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi bir daha vurğulanıb”.

Yenipress.az

Xəbər xətti